Taylandda avtomobil fil ilə toqquşub:


Dünya 29 Noy 2018 09:23:00 246 0

Taylandda avtomobil fil ilə toqquşub:

Banqkok sakini milli park ərazisindən avtomobil ilə keçərkən vəhşi fillə toqquşub.

Son.az Trend-ə istinadən xəbər verir ki, Nakxon Ratçasima əyalətində yerləşən Kxao Yay milli parkında baş verən toqquşma nəticəsində avtomobilin sürücüsü həlak olub.

Bildirilir ki, avtomobil toqquşmadan sonra deformasiya olub və xilaedicilər sürücünün cəsədini çıxarmaq üçün xüsusi texnikadan istifadə ediblər.