Nəsimidə yaşayış binasında yanğın olub


Digərləri 29 Noy 2018 09:05:00 179 0

Nəsimidə yaşayış binasında yanğın olub

Bakıda aynğın qeydə alınıb.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan kənd təsərrüfatı malları yığılan anbarın pəncərə çərçivəsi, içərisində olan 1 ədəd soyuducu və 20 m² sahədə ərzaq malları yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub.