Günün ikinci yarısında hava şəraiti kəskin dəyişəcək


Digərləri 29 Noy 2018 09:09:00 208 0

Günün ikinci yarısında hava şəraiti kəskin dəyişəcək

Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün günün ikinci yarısından noyabrın 30-u gündüzədək güclü şimal-qərb küləyi əsəcək, arabir şiddətlənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında noyabrın 30-dan dekabrın 02-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Bu gün gündüzdən 30-u gündüzədək qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.