Boks üzrə ölkə çempionatında yarımfinalçılar müəyyənləşib


Digərləri 29 Noy 2018 09:03:40 208 0

Boks üzrə ölkə çempionatında yarımfinalçılar müəyyənləşib

Boks üzrə Azərbaycan çempionatı davam edir.

Bakı. Boks üzrə Azərbaycan çempionatı davam edir. Trend-in məlumatına görə, noyabrın 28-də - çempionatın üçüncü günündə 20 döyüş keçirilib. Gün ərzində 60 və 64 kiloqram çəki dərəcələrində səkkizdəbir finalçılar, 69 kiloqram çəki dərəcəsində isə yarımfinalçılar müəyyənləşib. Yığmamızın əsas üzvlərindən dünya çempionu Cavid Çələbiyev (60 kq), Yeniyetmələrin Yay Olimpiya Oyunlarının gümüş medalçısı Elvin İsayev (64 kq), Rio Olimpiadasının gümüş mükafatçısı Lorenzo Sotomayor (69 kq) uğurla çıxış edərək növbəti mərhələyə adlayıblar. Noyabrın 30-da yarımfinal, dekabrın 1-də isə final yarışları keçiriləcək.