Türkiyə HHQ İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib


Dünya 29 Noy 2018 08:53:00 212 0

Türkiyə HHQ İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yerləşən Sinat-Haftani və Hakurk rayonlarına hava zərbələri endiriblər.

Son.az Trend-ə istinadən bildirir ki, hava zərbələri nəticəsində 3 PKK terrorçusu məhv edilib.

Bundan əlavə, terrorçulara məxsus silah-sursat anbarları və sığınacaqlar məhv edilib.