Günün ikinci yarısında hava kəskin dəyişəcək - Yağış, qar...


Digərləri 29 Noy 2018 08:53:00 212 0

Günün ikinci yarısında hava kəskin dəyişəcək - Yağış, qar...

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək

Bakı. Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün günün ikinci yarısından noyabrın 30-u gündüzədək güclü şimal-qərb küləyi əsəcək, arabir şiddətlənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.