Sumqayıt Dövlət Dram Teatrı Yeni ilə hazırlaşır


Digərləri 29 Noy 2018 08:28:00 203 0

Sumqayıt Dövlət Dram Teatrı Yeni ilə hazırlaşır

Sumqayıt Dövlət Dram Teatrı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və 2019-cu il üçün yeni proqramın hazırlığına start verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu ilin bayram şənliyində kiçik yaşlı tamaşaçılar teatrda fərqli bir ssenari üzrə maraqlı, əyləncəli, musiqili tamaşanı seyr etmək imkanı əldə edəcəklər.

Kollektiv "Çeburaşkanın Yeni il sərgüzəştləri" adlı tamaşa üzrərində yaradıcılıq işinə start verib. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının gənc və istedadlı rejissoru Ayla Osmanova, rəqslərin qurluşçusu Ceyhun Dadaşov, rəssamları Nizami Dadaşov və Arif Müzəffərovdur. Rejissor Fuad Kazımov, rejissor assistenti isə Fazilə Rzayevadır.