Kanadada məktəbli avtobusu qəzaya uğrayıb,


Dünya 29 Noy 2018 08:10:00 181 0

Kanadada məktəbli avtobusu qəzaya uğrayıb,

Kanadada məktəbli avtobusu qəzaya uğrayıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə TASS CBC-yə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Britaniya Kolumbiyasında baş verib. Şahzadə-Corc şəhərinin məktəblilərinin qızlardan ibarət voleybol komandası və onları müşayiət edən şəxslərin olduğu avtobus Pauel-River şəhərinə yarışmaya gedərkən qəzaya uğrayıb. Nəticədə 12 nəfər yaralanıb. Yaralıları təxliyyə etmək üçün əraziyə vertolyot göndərilib.