Messencer ilə idarəolunan otel istifadəyə verilib


Digərləri 29 Noy 2018 07:22:00 373 0

Messencer ilə idarəolunan otel istifadəyə verilib

Şanxayda məşhur WeChat messencerinin dəstəyinə sahib "ağıllı" otel istifadəyə verilib. Bu oteldə qalmağı qərar vermiş istifadəçilər otel otağını bronlaşdırmanı, bronlaşdırılmış otağın qapısını açmağı və bronlaşdırma zamanı şəxsiyyətin təsdiq edilməsini tamamilə WeChat ilə edə bilərlər.

Son.az technote.az-a istinadən bildirir ki, istifadəçi WeChat vasitəsilə istədiyi otel otağını bronlaşdırır. Otelə gələn zaman o öz şəxsiyyətini istifadəçi üzünün skan texnologiyası vasitəsilə təsdiqləyir və daha sonra otel otağına giriş üçün rəqəmsal açar əldə edir.