Azərbaycan və Belarus gənclərinin birgə konserti olub (FOTO)


Digərləri 29 Noy 2018 00:41:00 261 0

Azərbaycan və Belarus gənclərinin birgə konserti olub (FOTO)

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və Belarus gəncləri birgə çıxış ediblər.

Bakı. Beynəlxalq Muğam Mərkəzində yaradıcı Azərbaycan və Belarus gənclərinin birgə konserti keçirilib. Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, tədbir Azərbaycan Gənclər və İdman Nazirliyinin və Belarus Təhsil Nazirliyinin dövlət gənclər siyasəti sahəsində 2018-2019 illər üçün birgə tədbirlər planına əsasən keçirilən“Azərbaycanda Belarus gəncləri günləri” çərçivəsində həyata keçirilib. “Azərbaycanda Belarus gəncləri günləri”nin keçirilməsində məqsəd – iki ölkə arasında gənclər siyasəti sahəsində əməkdaşlığın, gənclərin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsidir. Tədbir çərçivəsində Belarus və Azərbaycan gənclər təşkilatlarının rəhbərlərinin iştirakı ilə “Azərbaycan və Belarus gənclər siyasəti sahəsində inkişafı və əməkdaşlığı perspektivləri” mövzusunda dəyirmi masa təşkil olunub, gənclər üçün master-klasslar keçirilib, konsertlər və tarixi yerlərə ekskursiyalar təşkil olunub.