Moskvadakı Çerkizov bazarının yerində yaşayış evləri tikiləcək


Dünya 28 Noy 2018 23:43:00 344 0

Moskvadakı Çerkizov bazarının yerində yaşayış evləri tikiləcək

Moskvada mənzil fondlarının yenilənməsi proqramı çərçivəsində Çerkizov bazarının yerində yaşayış evləri tikiləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Moskva Memarlıq və Şəhərsalma Komitəsinin sədri Yuliana Knyajevskaya bu barədə "Moskva" agentliyinə məlumat verib.

Onun sözlərinə görə, mənzil fondlarının yenilənməsi proqramının həyata keçirilməsi üçün 2019-cu ilin birinci yarısında keçmiş Çerkizov bazarı ərazisinin planlaşdırma layihəsi hazırlanacaq.