Avropada təbii qazı ən ucuz istehlak edən ölkələr məlum olub


Digərləri 28 Noy 2018 23:37:00 308 0

Avropada təbii qazı ən ucuz istehlak edən ölkələr məlum olub

Bu ilin birinci yarısında Avropada təbii qazı ən ucuz istehlak edən ölkələrin adları açıqlanıb.

AZƏRTAC Avropa İttifaqının Statistika Bürosunun ("Avrostat") yaydığı məlumata istinadla xəbər verir ki, cari ilin ilk yarısında Avropa İttifaqına üzv ölkələrdəki mənzillərdə istehlak edilən hər 100 kilovat-saat ekvivalentində qaz üçün orta hesabla 5,91 avro ödənilib.

Hesabat dövründə təbii qazı ən ucuz istehlak edən ölkə Rumıniya olub. Bu ölkədə 100 kilovat-saat ekvivalentində qaz üçün 3,21 avro ödənilib. Sonrakı pillələrdə 3,58 avro ilə Macarıstan, 3,68 avro ilə Xorvatiya, 3,79 avro ilə Bolqarıstan və 3,85 avro ilə Litva qərarlaşıb.