Gürcüstan MSKya prezident seçkiləri ilə bağlı 261 şikayət daxil olub


Dünya 28 Noy 2018 23:28:00 223 0

Gürcüstan MSKya prezident seçkiləri ilə bağlı 261 şikayət daxil olub

Gürcüstanda bu gün baş tutmuş prezident seçkilərinin ikinci turu ilə bağlı dairə seçki komissiyalarına 261 şikayət daxil olub.

Son.az "report"-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.

Şikayətləri səsvermə prosesini izləmiş yerli müşahidəçi təşkilatlar və seçki subyektləri təqdim edib.