Yaponiya parlamentinin aşağı palatası əcnəbi işçilərin qəbulu barədə qanun layihəsini bəyənib


Dünya 28 Noy 2018 23:15:00 252 0

Yaponiya parlamentinin aşağı palatası əcnəbi işçilərin qəbulu barədə qanun layihəsini bəyənib

Yaponiya parlamentinin aşağı palatası ölkədə işçi qüvvəsi çatışmazlığının aradan qaldırılması məqsədilə daha çox əcnəbi işçinin qəbulu barədə qanun layihəsini bəyənib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, immiqrasiya haqqında qanun layihəsinə düzəlişlər noyabrın 27-də deputatların əksəriyyəti tərəfindən bəyənilib. Bundan sonra sənəd yekun təsdiq üçün parlamnetin yuxarı palatasına göndərilib.

Yaponiya hökuməti kənd təsərrüfatı və ehtiyacı olanlara xidmət göstərilməsi sahələri də daxil olmaqla 14 istiqamətdə əcnəbi işçiləri qəbul etməyi planlaşdırır. Bununla yanaşı, qanun layihəsində yeni proqramın detalları barədə məlumat verilmir.