Sloveniya tarixində ilk dəfə...


Digərləri 28 Noy 2018 23:02:00 232 0

Sloveniya tarixində ilk dəfə...

Sloveniya tarixində ilk dəfə Silahlı Qüvvələrin Baş Qərargah rəisi qadın olacaq. Son.az AZƏRTAC-a istinadən bildirir ki, noyabrın 27-də Sloveniya hökuməti general-mayor Alenka Ermentsin bu vəzifəyə təyin edilməsi barədə qərar qəbul edib. Ölkənin Müdafiə Nazirliyindən verilən məlumata görə, Erments eyni zamanda NATO ölkələri içərisində yeganə qadın ordu rəhbəridir.

İndiyədək Baş Qərargah rəisinin müavini vəzifəsində çalışan 55 yaşlı Ermentsə ötən həftə general-mayor rütbəsi verilib və adı ölkədə general ranqına yüksələn ilk qadın kimi tarixə düşüb. 27 ildən bəri sloven ordusunda xidmət göstərən ordu rəhbəri 1991-ci ildə ölkənin azadlığı uğrunda mübarizədə və Yuqoslaviyanın parçalanması zamanı baş verən silahlı münaqişələrdə fəal iştirak edib.