Salome Zurabişvili: "Tezliklə müasir və inkişaf edən Gürcüstana nail olacağıq"


Dünya 28 Noy 2018 22:56:00 239 0

Salome Zurabişvili: "Tezliklə müasir və inkişaf edən Gürcüstana nail olacağıq"

"Gürcüstan xalqı bu gün sülhlü, azad və bərabər vətəndaşların ölkəsinə səs verib".

Son.az "report"-a istinadən bildirir ki, bunu Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili "exit-poll"un nəticələrinin elan olunmasından sonra deyib.

O, seçkilərdə cəmiyyətin onu dəstəkləməyən hissəsi, məsləkdaşları olmayanlarla dialoqun qurulacağını bildirib: "Biz hamımız kiçik ölkənin vətəndaşlarıyıq. Bir yerdə yaşayırıq və gələcəkdə də birgə yaşamalıyıq. Sizə söz verirəm ki, bizim birləşməyimiz üçün bütün gücümü sərf edəcəyəm. Hamımızın məqsədi müasir, inkişaf edən və firavan Gürcüstana nail olmaqdır və bu məqsədə tezliklə nail olacağıq".