Soyuq fəsillərdə ən faydalı içki


Digərləri 28 Noy 2018 22:35:00 226 0

Soyuq fəsillərdə ən faydalı içki

Mütəxəssislərin fikrinə görə, soyuq fəsillərdə kakaonun istehlakı orqanizm üçün çox faydalıdır.

Redinq Universiteti (İngiltərə) alimləri aşkar ediblər ki, kakao bağırsaqlarda faydalı bakteriyaların çoxalmasını stimullaşdırır və həmçinin iltihabı azaldır. Nəticədə immun sistemi möhkəmlənir.  

Lakin mütəxəssislərin fikrinə görə, bununla kakaonun orqanizmə olan faydası bitmir. Kakaonun daha vacib faydası onun sinir sisteminə olan müsbət təsiridir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, kakaonun tərkibində olan maddələr neyronların (sinir hüceyrələri) bərpasını stimullaşdırır, onların arasında olan əlaqələri bərpa edir.     

Soyuq fəsillərdə günün qısalması və soyuq hava orqanizm üçün güclü stress faktordur. Kakao isə əhvalı yaxşılaşdırır və depressiyanın qarşısını alır, əzələlərin spazmını azaldır, yuxunu yaxşılaşdırır.