Yuxuya gedən pilot təyyarəni başqa rayona endirdi


Digərləri 28 Noy 2018 22:04:00 254 0

Yuxuya gedən pilot təyyarəni başqa rayona endirdi

Avstraliyada bir karqo təyyarəsinin pilotu yuxuya getdiyi üçün eniş zolağına enməyib.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, pilot vəziyyətdən xəbərdar olanda artıq uçuş zolağından 50 km aralıda olub. Sonradan o, geri qayıdıb. Hadisə uçağı izləyən radar sistemi vasitəsilə üzə çıxıb.

"Piper PA-31" tipli təyyarədə pilotdan başqa heç kəs olmayıb. 240 km-lik uçuşdan sonra pilot hava limanına enməli olsa da, yuxuya getdiyi üçün uçuş zolağını uçub keçir. Sonra isə təyyarəni başqa rayona endirir.