Tanınmış kardioloqdan yüksək təzyiqi tənzimləyən RESEPT


Digərləri 28 Noy 2018 22:24:00 233 0

Tanınmış kardioloqdan yüksək təzyiqi tənzimləyən RESEPT

Tanınmış Rusiyalı kardioloq Filipp Kopılov yüksək təzyiqdən əziyyət çəkənlərə qidalanmasında kaliumla zəngin olan məhsulları artırmasını tövsiyə edir.

Kalium orqanizmdən artıq mayenin və natriumun xaric edilməsi prosesini sürətləndirir ki, bu da təzyiqin tənzimlənməsinə kömək edir.  

Son.az saglamolun.az-a istinadən bildirir ki, kaliumla zəngin olan məhsullar bunlardır: ərik qurusu, qara gavalı, kişmiş, sobada bişirilmiş kartof, ağ və qırmızı lobya, balqabaq, ispanaq, banan, qoz.