4 nəfəri bıçaqlayan şəxslər saxlanılıb


Kriminal 28 Noy 2018 21:49:00 255 0

4 nəfəri bıçaqlayan şəxslər saxlanılıb

Bərdə rayonunda baş verən kütləvi dava zamanı 4 nəfəri bıçaqlayan şəxslər müəyyən edilib.

Son.az bildirir ki, Bərdə rayon Polis Şöbəsindən "report"-a verilən məlumata görə, ötən gün rayonun Lək kəndi ərazisində baş verən kütləvi dava zamanı 4 nəfəri bıçaqlayan kənd sakini, Cəfərov Faiq Əfqan oğlu və 1993-cü il təvəllüdlü Zamanov Kənan Sərxan oğlu polis tərəfindən saxlanılıb.

Xatırladaq ki, ötən gün Lək kəndi ərazisində yerləşən meşədə bir qrup gənc arasında baş verən kütləvi dava zamanı 4 nəfər bıçaq xəsarəti alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib.