Ayı ana və 10 aylıq qızını parçalayıb FOTO


Dünya 28 Noy 2018 21:22:00 296 0

Ayı ana və 10 aylıq qızını parçalayıb  FOTO

Kanadanın Yukon əyalətində 37 yaşlı qadın və 10 aylıq qızı ayı hücumunun qurbanı olub.

Son.az "report"-a istinadən bildirir ki, hücum zamanı onlar Eynarson gölü sahilindəki evlərinin yanında olublar.

Hadisə bazar ertəsi günü, noyabrın 26-da, Valeriya adlı qadın qızı ilə gəzintiyə çıxan zaman baş verib.

Ərazidə koroner vəzifəsini icra edən Yukonun sözlərinə görə, ölənlərin meyitlərinin qadının həyat yoldaşı aşkar edib. Kişi evə qayıdan zaman 100 metr aralıda ayı görüb. O, yırtıcını tüfənglə vura bilib. Daha sonra isə evin qapısında həyat yoldaşı və qızını tapıb, onlar ölmüş vəziyyətdə olublar. Ailə başçısı yaxınlıqdakı Mayo kəndindən "təcili yardım" çağırıb.


Xəbərə aid fotolar