Qızılgümüş bazarında ucuzlaşma var


Digərləri 28 Noy 2018 21:14:00 252 1

Qızılgümüş bazarında ucuzlaşma var

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Son.az Trend-ə istinadən bildirir ki, noyabrın 28-də qızılın qiyməti noyabrın 27-i ilə müqayisədə 12,3165 manat azalaraq 1 unsiya üçün 2065,0325 manat təşkil edib.

Gümüş 0,1479 manat ucuzlaşaraq 1 unsiya üçün 24,0635 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 18,6405 manat azalaraq 1414,4595 manat, palladiumun qiyməti isə 12,427 manat artaraq 1964,4775 manat təşkil edib.

Ad

28.11.18

27.11.18

Qızıl

XAU

2065,0325

2077,349

Gümüş