Muğam Mərkəzi möhtəşəm “Dəyərmi masa” layihəsinə start verir


Kriminal 28 Noy 2018 20:30:00 275 0

Muğam Mərkəzi möhtəşəm “Dəyərmi masa” layihəsinə start verir

Beynəlxalq Muğam Mərkəzi möhtəşəm "Dəyərmi masa" layihəsinə start verir.

Son.az bildirir ki, Beynəlxalq Muğam Mərkəzi bir neçə iri miqyaslı  layihə həyata keçirir.

Bunlardan "Unudulmayanlar", "Muğam axşamları", "Muğamat var olan yerdə", "Aşıq musiqisi axşamları", "Dastan gecələri" və.s. misal göstərmək olar. "Dəyərmi masa" da müxtəlif mövzular əhatə olunacaq.Bu dəfəki mövzu "Muğamlar və qəzəllər" adlanır.

Azərbaycanın ənənəvi şifahi  ifaçılıq tarixində mühüm yer tutan muğamlarımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Azərbaycanın birinci-Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın mədəniyyətimizə, muğam sənətimizə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq  YUNESCO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ   siyahısına daxil edilib. Muğam ifaçılığında muğamların şöbələrinə, güşələrinə uyğun qəzəllərin seçilməsi mühüm əhəmiyyət kəsb edir. Qəzəl seçiminin muğam ifaçılığındakı yerini nəzərə alaraq, Beynəlxalq Muğam Mərkəzi qeyd etdiyimiz kimi "Dəyərmi masa" nın ilk mövzusunu qəzəllərin muğam ifaçılığındakı əhəmiyyəti məsələrəinə həsr edib. "Dəyərmi masa"nın gələcək tədbirləri klassik qəzəl ustadlarımızın qəzəl yaradıcılığına həsr olunacaqdır. Layihə çərçivəsidə əruz vəzninin müxtəlif bəhrləri haqqında da maraqlı söhbətlər olacaq.