Serial bitən kimi, eşq də bitdi


Digərləri 28 Noy 2018 20:15:00 280 0

Serial bitən kimi, eşq də bitdi

"Yeni Gelin" serialında bacı-qardaş rolunu canlandıran, bir müddət əvvəl eşq yaşamağa başlayan Sema Keçik və özündən 25 yaş kiçik aktyor Halil İbrahim Kurum ayrılıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Kanal D-də yayımlanan "İkinci Sayfa" proqramında məlumat verilib. Qeyd olunub ki, cütlük rol aldığı serialın finalından sonra münasibətlərinə nöqtə qoyublar.