Gürcüstanda prezident seçkilərinin ikinci turu başa çatdı


Dünya 28 Noy 2018 20:17:00 238 0

Gürcüstanda prezident seçkilərinin ikinci turu başa çatdı

Bu gün Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb.

Son.az report-a istinadən bildirir ki, ölkə üzrə seçki məntəqələri saat 20:00-da bağlanıb.

Gürcüstanın xarici ölkələrdəki səfirliklərində yaradılan seçki məntəqələri yerli vaxtla saat 24:00-dək fəaliyyət göstərəcək.

Seçkilərin ikinci turunda iki namizəd - hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparıb.