Kafedə araq şüşəsi ilə adam öldürənin cəzası 11 il oldu


Kriminal 28 Noy 2018 20:20:00 327 0

Kafedə araq şüşəsi ilə adam öldürənin cəzası 11 il oldu

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirli bilinən Emin Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Ramazanov 11 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu ilin fevral ayının 18-də Sabunçu qəsəbəsi ərazisindən qəsəbə sakini 62 yaşlı Taryel Həmzəyev kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilib və martın 21-də xəstəxanada ölüb.