Dilçilik İnstitutu: Dilimizin tətbiq olunduğu bütün sahələrə nəzarətin gücləndirilməsinə ehtiyac var


Digərləri 28 Noy 2018 20:03:58 377 0

Dilçilik İnstitutu: Dilimizin tətbiq olunduğu bütün sahələrə nəzarətin gücləndirilməsinə ehtiyac var

Dilimizin tətbiq olunduğu bütün sahələrə nəzarətin gücləndirilməsinə ehtiyac var.

Bakı. İlhamə İsabalayeva – Bir sıra kütləvi informasiya vasitələri, o cümlədən onlayn media, müxtəlif internet resursları, reklam agentlikləri, radio verilişlərinin aparıcıları ana dilimizin fonetik, leksik-semantik və qrammatik normalarına lazımınca riayət etmirlər. Bu da dilimizin inkişafına və saflığına xələl gətirir. Bunu Trend-ə Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva deyib. Onun sözlərinə görə, buna görə də dilimizin tətbiq olunduğu bütün sahələrə daimi nəzarətin gücləndirilməsinə ehtiyac duyulur: