QHTlərə Dövlət Dəstəyi Şurası yeni xidmətlər tətbiq edəcək FOTO


Digərləri 28 Noy 2018 18:54:00 272 0

QHTlərə Dövlət Dəstəyi Şurası yeni xidmətlər tətbiq edəcək  FOTO

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2019-cu ildən etibarən yeni xidmətlər tətbiq edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev 450-dən çox QHT-nin iştirakı ilə keçirilən ictimai dinləmədə deyib.

A.Quliyev qeyd edib ki, "Layihələrin vətəndaşlar tərəfindən onlayn qiymətləndirilməsi" proqramı 2019-cu ilin 2-ci qrant müsabiqəsindən etibarən ilk dəfə tətbiq olunacaq. Onun sözlərinə görə, bu proqram, ekspertlərlə yanaşı, müsabiqəyə təqdim olunan QHT layihələrinin qiymətləndirməsində ölkənin bütün vətəndaşlarına bilavasitə iştirak etmək imkanı yaradacaq.

Şura sədri bildirib ki, təqdim edilən ikinci yenilik - müqavilə bağlanması üçün sənədlərin elektron qəbulu və e-növbə xidmətidir. O qeyd edib ki, təqdim olunan yeni elektron xidmət müsabiqə qalibi olmuş QHT-lərin Şura Katibliyi ilə qrant müqaviləsini imzalaması üçün müvafiq sənədlərin elektron qaydada razılaşdırılması və bu proses başa çatdıqdan sonra müqavilə bağlanması vaxtını QHT-lərin sərbəst seçə bilməsi məqsədilə yaradılır.

A.Quliyev vurğulayıb ki, layihələrin idarə edilməsi və e-hesabat proqramı Şuranın təqdim etdiyi növbəti yenilikdir: "Əslində, Şura tərəfindən 2013-cü ildən etibarən QHT layihələri üzrə hesabatların elektron qəbulu məqsədilə e-hesabat proqram təminatı yaradılıb. Bu proqram icra olunan layihələrin nəticələri üzrə təsviri və maliyyə hesabatlarının qəbulu prosesini həyata keçirir. Lakin Şuranın apardığı müşahidələr və monitorinqlər, etdiyi təhlillər, eləcə də, QHT-lərdən daxil olan təkliflər layihələrin idarə edilməsi və hesabatların qəbulu üzrə elektron proqramın yenilənməsini və təkmilləşdirilməsini zəruri edirdi. Buna görə 2019-cu ildən etibarən Şuranın göstərdiyi elektron xidmətlərin keyfiyyətinin və funksionallığının daha da artırılması, yuxarıda qeyd olunan problemlərin aradan qaldırılması, eyni zamanda xidmətin digər elektron xidmətlərlə inteqrasiya olunaraq vahid mərkəzdə cəmlənməsi məqsədilə "Layihələrin idarə edilməsi və e-hesabat" adlı yeni proqram tətbiq ediləcək".

Millət vəkili qeyd edib ki, Şuranın təklif etdiyi növbəti önəmli və böyük yeniliklərdən biri "QHT layihələrinin hesabatlıq vəziyyətinin onlayn müşahidəsi" proqramıdır: "Bəlli olduğu kimi, hazırda QHT-lərin hesabatlarında bir sıra nöqsanlar və çatışmazlıqlar müşahidə olunur. Belə ki, bəzi QHT-lər hesabatları qrant müqaviləsində qeyd olunan vaxtda və tələblərə uyğun səviyyədə təqdim etmir. Həmçinin hesabatda aşkarlanan nöqsanların aradan qaldırılması müəyyən olunmuş müddətdə həyata keçirilmir. Nəticədə Şuranın layihələrin idarəedilməsi qaydalarının müvafiq tələbləri və hesabatların vaxtında təqdim olunması ilə bağlı müqavilə öhdəlikləri pozulur. Bu səbəbdən QHT hesabatlılığında yol verilən nöqsan və çatışmazlıqları aradan qaldırmaq, bu sahədə ictimai nəzarəti təmin etmək, QHT-lərin məsuliyyətini və hesabatlılıq intizamını gücləndirmək məqsədilə yeni onlayn müşahidə proqramı yaradılır. Bu proqram vasitəsilə QHT nümayəndələri və digər vətəndaşlar bütün layihələr üzrə hesabatlıq vəziyyətini onlayn müşahidə edə biləcəklər.

Hesabatın gecikdirilməsi ilə bağlı aşağıdakı məhdudiyyət tədbirlərinin tətbiqi nəzərdə tutulur:


Xəbərə aid fotolar