“Nar” 2018ci ilin üçüncü rübünün nəticələrini açıqladı


Digərləri 28 Noy 2018 18:58:00 251 0

“Nar” 2018ci ilin üçüncü rübünün nəticələrini açıqladı

Cari ilin üçüncü rübünün nəticələrinə əsasən "Nar" bir çox göstəricilər üzrə yüksək artım dinamikası nümayiş etdirib və bir çox uğurlu layihələr təqdim edib.

Təkmilləşdirmə işlərinin nəticəsi olaraq ikinci rübdən bu yana 370-dən çox 4G, 70-dən çox 3G baza stansiyaları qurulub. Hazırda ölkə ərazisində "Nar" 4G baza stansiyalarının sayı 1620-ni, 3G baza stansiyalarının sayı isə 2670-i ötüb. 4G və 3G baza stansiyalarının sayını sürətlə artıran "Nar" Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin etməkdədir. Aparılan şəbəkə işlərinin nəticəsi olaraq, Bakı və Abşeron yarımadasından başqa 40-dan çox bölgə mərkəzləri "Nar" 4G şəbəkəsi ilə əhatə olunub. Nəticədə mobil operatorun abunəçi bazası üçüncü rübdə 4% artıb. "Nar" hazırda 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.

Yeni istismara verilən "Nar" 4G baza stansiyalarının təqdim etdiyi yüksək keyfiyyətli mobil internet xidməti nəticəsində, 2018-ci ilin əvvəli ilə müqayisədə, "Nar" 4G internetindən istifadə edənlərin sayı 2 dəfə artıb. Hazırda "Nar"-ın yüksək keyfiyyətli 4G xidmətindən istifadə edən abunəçilərin sayı yarım milyona çatıb.

"Nar"-ın üçüncü rüb ərzində həyata keçirdiyi əhəmiyyətli layihələrdən bir də brendini və şüarını yeniləməsi oldu. Yenilənmiş "Nar" brendi müştərilərin ehtiyaclarını qarşılamaq, onların etibarlı tərəfdaşı olmaq məqsədi daşıyır.