Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ticarət əlaqələri müzakirə edilib


Digərləri 28 Noy 2018 18:58:00 215 0

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ticarət əlaqələri müzakirə edilib

Dövlət Gömrük Komitəsinin sədri Səudiyyə Ərəbistanının ticarət və sərmayə naziri ilə görüşüb

Bakı. İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 34-cü sessiyasının nazirlər toplantısı keçirilir. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sSessiya çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanının nümayəndə heyəti arasında görüş keçirilib. Komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycanda gömrük sahəsində tətbiq olunan yeniliklər barədə məlumat verib. Prezident İlham Əliyevin gömrük orqanları qarşısında qoyduğu vəzifələrdən bəhs edən komitə sədri bildirib ki, Azərbaycanın məqsədi Səudiyyə Ərəbistanı ilə ticarət əlaqələrini asanlaşdırmaq və bu sahədə bütün imkanları genişləndirməkdir. Azərbaycan məhsullarını təqdim etmək üçün 30 nəfərlik heyətin Səudiyyə Ərəbistanına səfər edəcəyini bildirən S.Mehdiyev krallığın ticarət və sərmayə naziri Majid Abdulla əl-Kasabini, eləcə də bu ölkədən olan həmkarını Azərbaycana səfərə dəvət edib.