Putin: "Neftin bir barelinin 60 dollara satılması ədalətli qiymətdir"


Dünya 28 Noy 2018 18:40:00 261 0

Putin: "Neftin bir barelinin 60 dollara satılması ədalətli qiymətdir"

Rusiya iqtisadiyyatı üçün bir barel neftin ən sərfəli qiyməti 60 dollar səviyyəsidir.

Son.az report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən forumda deyib.

"Yadımdadır, 2013-cü ildə neftin bir bareli 43 dollar olub, cari ildə isə 72 dollardır. Məncə, 60 dollar son dərəcə məqbul rəqəmdir və bizə sərf edir. Bu qiymət ədalətlidir", - deyə Rusiya Prezidenti vurğulayıb.