Rusiyada məhkəmə evli azərbaycanlının ikinci nikahını pozdu


Digərləri 28 Noy 2018 18:45:00 248 0

Rusiyada məhkəmə evli azərbaycanlının ikinci nikahını pozdu

Rusiyanın Kurqan şəhər məhkəməsi yerli sakinin Azərbaycan vətəndaşı ilə nikahını pozub. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, araşdırmalar zamanı azərbaycanlı bəyin vətənində artıq evli olduğu aydınlaşıb. 

Kurqan prokuroru məhkəməyə müraciət edərək, Rusiyada bağlanan nikahın pozulmasını istəyib. 

Azərbaycan vətəndaşı ilə Kurqan sakininin 2016-cı ilin iyununda bağlanan nikahı saxta olub.

Prokurorluğun məlumatına görə, azərbaycanlı 2004-cü ildən vətənində ailə həyatı qurub.