Azərbaycanda bəy toy günü şəhid dostunun məzarı başına getdi,


Digərləri 28 Noy 2018 18:32:16 282 0

Azərbaycanda bəy toy günü şəhid dostunun məzarı başına getdi,

Azərbaycanda keçirilən toy mərasimi qeyri-adiliyi ilə yadda qalıb. 

Son.az femida.az-a istinadən xəbər verir ki, Mingəçevirdə baş tutan toy mərasimində bəy Anar Poladov xanımı ilə birlikdə şəhid dostunun məzarını ziyarət edib. O, sosial şəbəkələrdə aprel şəhidi Adil Adilzadənin məzarını ziyarət etdiyi videonu paylaşaraq bu sözləri yazıb:

"Ən böyük arzularımızdan biri də bir-birimizin toyunda iştrak etmək idi. Amma qismət belə imiş, dostum... Məkanın cənnət olsun. Səni ziyarət etmədən o toyda rahat ola bilməzdim.."