Bakıda aptek və mağazalardan silsilə oğurluqlar edən şəxs saxlanıldı FOTO


Kriminal 28 Noy 2018 17:41:00 349 0

Bakıda aptek və mağazalardan silsilə oğurluqlar edən şəxs saxlanıldı  FOTO

Xətai Rayon Polis İdarəsinə Zığ Yolu küçəsində yerləşən apteklərdən birinin qapısının naməlum şəxs tərəfindən sındırılaraq içəridəki kassadan 1200 manatın oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, idarə əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib obyekt sahibinin izahatı alınıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Abdulrəhman Dadaşov qısa zamanda saxlanılaraq istintaqa təqdim edilib.

Saxlanılan şəxsin ətrafında keçirilən əlavə tədbirlərlə onun paytaxtın digər rayonlarında yerləşən apteklərdən və mağazalardan da silsilə oğurluqlar etdiyi məlum olub.


Xəbərə aid fotolar