Müəllimlərin 15ci Qurultayının qətnaməsi qəbul edilib


Digərləri 28 Noy 2018 17:43:49 241 0

Müəllimlərin 15ci Qurultayının qətnaməsi qəbul edilib

Azərbaycan müəllimlərinin 15-ci Qurultayının qətnaməsi qəbul edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, qurultay Prezident İlham Əliyevin təbrik məktubunda öz əksini tapmış konseptual müddəaları, təhsil nazirinin hesabat məruzəsində, məruzə ətrafında çıxışlarda və plenar sessiyalarda irəli sürülən təklifləri nəzərə alaraq qətnamə qəbul edib.

Qətnamədə uşaqların erkən yaş dövründən inkişaf etdirilməsinin vacibliyi nəzərə alınaraq, 5 yaşlıların məktəbəhazırlığının təmin olunması sahəsində tədbirlərin davam etdirilməsi, əhatəliliyin 2020-ci ildə 90 faizə, sonrakı mərhələdə isə 100 faizə çatdırılması, istedadlı uşaq və gənclərin aşkara çıxarılması və inkişafı üzrə işin səmərəliliyinin artırılması, fənn olimpiadaları və bilik yarışları sahəsində qazanılan uğurların davamlılığının təmin edilməsi, istedadlı uşaq və gənclərin inkişafı üzrə yeni Proqramın reallaşdırılmasına nail olunması, bütün təhsil pillələri üzrə səriştə əsaslı məzmunun hazırlanması, xüsusilə müəllim hazırlığı üzrə yeni məzmunun tətbiqi, təcrübə komponentinin əhəmiyyətli şəkildə artırılması istiqamətləri öz əksini tapıb.

Qətnamədə eyni zamanda əhatə olunan istiqamətlər yeni kurikulumlara və İKT əsaslı təlim metodologiyasına uyğun olaraq ümumi təhsil pilləsində dərslik hazırlığının təkmilləşdirilməsi, ehtiyat dərsliklərin, eləcə də elektron resursların və təlim materiallarının hazırlanması sahəsində sistemli işlərin davam etdirilməsi, ölkəmizin beynəlxalq qiymətləndirmə tədqiqatlarında və beynəlxalq reytinqlərdə nəticələrinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi, ümumi təhsildə təmayülləşmənin tətbiqi vəziyyətinin təhlili, təmayül sinifləri üçün yeni proqram və dərsliklərin hazırlanması, peşəkar və səriştəli müəllimlərin cəlb edilməsi, təmayülləşmənin daha erkən yaşlardan tətbiqi, xüsusilə riyaziyyat, informatika, təbiət fənləri, mühəndislik, o cümlədən robototexnika, süni intellekt, nano-texnologiyalar və bu kimi innovativ məzmunun tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi, bütün təhsil pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilinin təşkili, bununla əlaqədar yeni məzmun və təlim texnologiyalarının hazırlanması və tətbiqi, İKT əsaslı infrastrukturun və elektron idarəetmə sisteminin yaradılması, rəqəmsal bacarıqların inkişafı, elektron tədris resurslarından istifadənin genişləndirilməsi, bu sahədə pedaqoji və inzibati heyətin potensialının gücləndirilməsi, ümumi təhsil müəssisələrində çalışan müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi yolu ilə əməyinin stimullaşdırılması və müəllim nüfuzunun yüksəldilməsi sahəsində son illərdə qazanılmış təcrübənin davam etdirilməsi olub.