Könül Kərimovaya 32 min manat "atan" şəxsə cəza istənildi


Digərləri 28 Noy 2018 17:27:00 271 0

Könül Kərimovaya 32 min manat "atan" şəxsə cəza istənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyib.

Dövlət ittihamçısı M.Məmmədovanın 6 il 9 ay 29 gün azadlıqdan məhrum edilməsini istəyib.

Proses dekabrın 12-də davam edəcək.

İttihama görə, M.Məmmədova bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə, 300 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.