Prokuror müğənni Könül Kərimovaya 32 min manat dələduzluq edən qadına cəza istədi


Digərləri 28 Noy 2018 17:05:00 218 0

Prokuror müğənni Könül Kərimovaya 32 min manat dələduzluq edən qadına cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib. Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyib. Dövlət ittihamçısı M.Məmmədovanın 6 il 9 ay 29 gün azadlıqdan məhrum edilməsini istəyib. Proses dekabrın 12-də davam edəcək. İttihama görə, M.Məmmədova bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə, 300 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.