“Regional İnkişaf” İctimai Birliyi və Bakı Kitab Mərkəzi bölgələrdə yeni layihəyə başlayıb FOTO


Digərləri 28 Noy 2018 16:53:27 262 0

“Regional İnkişaf” İctimai Birliyi və Bakı Kitab Mərkəzi bölgələrdə yeni layihəyə başlayıb  FOTO

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar şabranlı məktəblilərin görüşünə gəlib.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi və Bakı Kitab Mərkəzinin "Könüllü oxu" adlanan birgə layihəsi çərçivəsində keçirilən görüş Şabran Mədəniyyət Mərkəzində təşkil olunub.

Yuxarı sinif şagirdlərinin cəlb olunduğu layihənin əsas məqsədi məktəblilər arasında mütaliə vərdişlərinin artırılması və sinifdən xaric oxunun səmərəli təşkilinə töhfə verməkdən ibarətdir.

Xalq yazıçısı Anar tədbir iştirakçılarını salamlayaraq, məktəblilərlə görüşün əhəmiyyətindən danışıb. AYB sədri Azərbaycanın bölgələrində ədəbiyyata böyük marağın olduğunu qeyd edib və görüşün təşkilatçılarına minnətdarlığını bildirib.

Sonra Xalq yazıçısı şagirdlərin ədəbiyyatla bağlı müxtəlif suallarını cavablandırıb.

Şagirdlərin böyük marağına səbəb olan görüşdə yazıçının "Ağ qoç, qara qoç" romanı müzakirə olunub.


Xəbərə aid fotolar