Ermənistan XİN Almaniyada "qanuni oğrular"a himayədarlıq edir?


Dünya 28 Noy 2018 16:36:00 228 0

Ermənistan XİN Almaniyada "qanuni oğrular"a himayədarlıq edir?

Almaniyanın "Der Spiegel" qəzeti və MDR telekanalının apardığı araşdırma göstərib ki, ölkədə "qanuni oğrular"ın başçılıq etdiyi erməni mafiyası Ermənistan Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri tərəfindən himayə olunur və bu məlumat yerli erməni diasporunun nüfuzuna xələl gətirib, eləcə də iki ölkə arasında diplomatik gərginliyə səbəb olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Prestupnaya Rossiya" onlayn qəzeti yazır.

Jurnalistlərin əldə etdiyi məlumatlara əsasən, mütəşəkkil erməni mafioz şəbəkəsi Almaniyanın bir sıra iri şəhərlərini əhatə edib və kredi fırıldaqlarından narkotik alverinədək bir çox qeyri-leqal sahələrdə fəaliyyət göstərib.

Polis istintaqı zamanı ümumilikdə 42 nəfərin yer aldığı 14 cinayət işi açılıb. Alman jurnalistlər həmin şəxsləri "Rusiya-Avrasiya mütəşəkkil cinayətkarlığının yüksək səviyyəli nümayəndələri" kimi qələmə verib.