Marneulidə nə baş verir?


Dünya 28 Noy 2018 15:30:24 243 0

Marneulidə nə baş verir?

Gürcüstan Daxili İşlər Nazirliyi prezident seçkilərinin gedişatı ilə bağlı bir neçə cinayət işinin açıldığını bildirib.

Son.az modern.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Nino Cavaxadze açıqlama verib.

Nazir müavini müxalif "Rustavi 2" telekanalının Marneulidə xüsusi təyinatlı polislərin və xüsusi texnikanın yerləşdirilməsi ilə bağlı da xəbəri barədə də açıqlama verib. Onun sözlərinə görə, polis öz qüvvələrini ölkə miqyasında adekvat miqdarda bölüşdürməyə çalışır.