Misir səfirliyinin rəsmisi Tərcümə Mərkəzində olub


Digərləri 28 Noy 2018 15:20:00 226 0

Misir səfirliyinin rəsmisi Tərcümə Mərkəzində olub

Misir səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi, Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami Elaydi Tərcümə Mərkəzində olub.

Bakı. Misir səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi, Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami Elaydi Tərcümə Mərkəzində olub. Trend-in məlumatına görə, görüş zamanı Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə Misir Milli Tərcümə Mərkəzi arasında yaradılmış sıx əməkdaşlıq çərçivəsində ərsəyə gələn nəşrlər, Azərbaycan ədəbiyyatının ərəb dünyasında tanıdılması istiqamətində həyata keçirilmə­si nəzərdə tutulan yeni layihələr müzakirə olunub.