Azərbaycanda vəzifəli şəxs rüşvətə görə həbs edildi


Digərləri 28 Noy 2018 15:17:33 230 0

Azərbaycanda vəzifəli şəxs rüşvətə görə həbs edildi

Azərbaycanda vəzifəli şəxs rüşvətə görə həbs edilib.

Son.az report-a istinadən xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Ağaqədir Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində 3 nəfər - Rean Bulut qızı Balatova, Gülqız Bədəl qızı Həmidova və Əmir Sehrab oğlu Bəkirov tanınır.