Almaniyada Merkelə qarşı dövlət çevrilişi cəhdi “Hannibalın Kölgə Ordusu” siyasətçiləri müsəlman və yəhudi liderləri edam edəcəkdi


Dünya 28 Noy 2018 14:52:00 248 0

Almaniyada Merkelə qarşı dövlət çevrilişi cəhdi  “Hannibalın Kölgə Ordusu” siyasətçiləri müsəlman və yəhudi liderləri edam edəcəkdi

Avropa miqyasında yayılan irqçilik və ksenofobiya dalğası Almaniyada təhlükəli bir ölçüyə çatıb.

Son.az avropa.info-ya istinadən xəbər verir ki, bu haqda Almaniyanın "TAZ" qəzeti yazıb.

Qəzetin yazdığına görə, Almaniya ordusu içərisində gizli şəkildə təşkilatlanan "Hannibalın Kölgə Ordusu" adlı qrup dövlətin gələcəyini təhdid edir.

Qəzetin Federal Müdafiə Nazirliyi və Hərbi Kəşfiyyat Xidməti mənbələrinə istinadən yaydığı xəbərə görə, Almaniya ordusu içində təşkilatlanmış ifrat sağçı şəbəkəsi sui-qəsd və terror yoluyla kansler Angela Merkeli devirərək, hakimiyəti ələ keçirmək istəyirmiş. Lakin nasist təşkilatın dövlət çevrilişi cəhdinin qarşısı son anda alınıb.

"Hannibalın Kölgə Ordusu" adı verilən qrupa qarşı aparılan gizli əməliyyatda, əsgərlərdən ibarət olan və aralarında bir polkovnikin da olduğu təşkilatın, X günü adını verdikləri məlum olmayan bir tarixdə, Almaniyadakı siyasətçilərə qarşı sui-qəsdlər edərək, daxili müharibə, sonra da çevriliş planlaşdırdıqları üzə çıxıb.