Ceki Çanın qadına ərə gedən qızı:


Digərləri 28 Noy 2018 14:11:00 329 0

Ceki Çanın qadına ərə gedən qızı:

O, həyatımda heç zaman olmayıb. Sadəcə, bioloji atamdır. Bu səbəbdən onu ata saymıram və yenə də belə olacaq!

Məşhur honkonqlu aktyor və rejissor, 64 yaşlı Ceki Çanın nikahdankənar qızı, 19 yaşlı Etta U Çjolin belə deyib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, sosial şəbəkələrdə "Etta Ng" kimi tanınan Etta iki ildən bəri yaxın münasibətlərdə olduğu sevgilisi, 31 yaşlı kanadalı model Endi Otmnla evlənib. Etta və Endi lesbiyandırlar.

Onlar toy mərasimində çəkilmiş fotolarla videoları İnstagram profillərində paylaşıblar. 

Aprel ayında Etta YouTube-da video paylaşaraq demişdi: "Valideynlərimiz bizi anlamır, münasibətlərimizi qəbul etmir, sevgimizi ələ salırlar. Bu səbəbdən Endi ilə bir ay küçələrdə yaşadıq".