Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr


Digərləri 28 Noy 2018 14:15:00 260 0

Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mitsubishi Airtek" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin yük yerində-ehtiyat təkər saxlanan hissədə və həmin hissənin sağ və sol ətrafında üzərində "Petarda Blyskowa" yazısı olan 5160 ədəd və üzərində "Corsar" yazısı olan 1500 ədəd pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin: