Ajax 2 transferdən 140 milyon qazanmaq niyyətindədir


İdman 28 Noy 2018 14:09:00 243 0

Ajax 2 transferdən 140 milyon qazanmaq niyyətindədir

Ajax qış transfer dövründə iki gənc futbolçusunu göndərə bilər.

Goal.az xəbər verir ki, Avropanın aparıcı klubları müdafiəçi Mateys de Liqt və yarımmüdafiəçi Frenki de Yonqla ciddi maraqlanır. Amsterdam klubu hər iki futbolçunun satış qiymətini müəyyənləşdirib. Onların transferindən 140 milyon avro qazanmağı planlayır. De Yonq 75 milyon, de Liqts isə 65 milyon avroya satılacaq. Bu futbolçular Barcelona-nın hədəfindədir. Lakin Kataloniya klubu PSG, Manchester City, RealYuventus-la rəqabət aparmalıdır. Keçidin maliyə tərəfi də katalonlara problem yarada bilər. Futbolçuların hər ikisi yüksək məvacibi tələb edir.