Gürcüstan azərbaycanlıları prezident seçkilərində fəal iştirak edirlər FOTO


Digərləri 28 Noy 2018 13:46:00 260 0

Gürcüstan azərbaycanlıları prezident seçkilərində fəal iştirak edirlər  FOTO

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda prezident seçkilərinin ikinci turu üzrə səsvermə dinc şəraitdə keçirilir.

Son.az report-a istinadən xəbər verir ki, seçkilərin birinci turu ilə müqayisədə rayonda seçici fəallığının daha yüksək olduğu müşahidə olunur.

Marneuli rayonu üzrə bütün seçki məntəqələrində seçicilər fəallıq nümayiş etdirirlər. Bu vaxta qədər rayonda səsvermə prosesi ilə bağlı hər hansı ciddi qanun pozuntusu qeydə alınmayıb.

Marneuli rayon Seçki Komissiyasının məlumatına əsasən, saat 12:00 üçün seçicilərin fəallığı 18% təşkil edib.


Xəbərə aid fotolar