İki xarici şirkət Bakıda tullantıların daşınması ilə bağlı təkliflər hazırlayıb


Digərləri 28 Noy 2018 13:21:00 269 0

İki xarici şirkət Bakıda tullantıların daşınması ilə bağlı təkliflər hazırlayıb

İki xarici şirkət Bakıda tullantıların daşınması ilə bağlı təkliflər hazırlayıb.

Son.az xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə 2018-2019-cu ilin payız-qız mövsümünə hazırlığın yekunu, qış aylarında icra qurumları və təsərrüfat xidmətlərinin qarşısında duran vəzifələrə həsr olunmuş paytaxt rayonları İcra hakimiyyətlərinin başçıları, şəhər təsərrüfatı və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə deyilib.

Müşavirədə şəhərdə məişət tullantılarının daşınması ilə bağlı bildirilib ki, tullantıların daşınması ilə bağlı 2 xarici şirkət tərəfindən təkliflər hazırlanıb və onların təklifləri təsdiq olunduqdan sonra bu sahədə geniş islahatlara başlanacaq.