"General Motors" böhrana düşdü:


Digərləri 28 Noy 2018 13:00:00 227 0

"General Motors" böhrana düşdü:

Dünyanın ən böyük avtomobil istehsalçılarından olan "General Motors" korporasiyası ABŞ və Kanadada ixtisarlara başlayacaq.

Son.az The Verge-yə istinadən bildirir ki, korporasiya ABŞ və Kanadada bir neçə zavodunu bağlayacaq, bir sıra modellərin istehsalını dayandıracaq.

Həmin modellər ABŞ-da çox pis satılan Chevrolet Volt, Chevrolet Impala, Chevrolet Cruze, Cadillac CT6 i XTS və Buick LaCrosse-dur.

Gələn il korporasiya Detroyt (Miçiqan ştatı, ABŞ), Uorren (Miçiqan), Oşava (Ontario əyaləti, Kanada), Baltimor (Merilend) və Lordstounda (Ohayo ştatı, ABŞ) zavodlarını bağlayacaq.

Bunun nəticəsində Detroytda 1500, Uorrendə - 645, Oşavada - 2500, Lordstounda - 1600, Baltimorda isə 646 nəfər işsiz qalacaq.

Daha sonra ixtisarlar davam etdiriləcək, şirkətdən 14 min nəfər kənarlaşdırılacaq.

Ofis əməkdaşları və mühəndislər olan 8100 nəfərin bəzilərinə təzminatlar ödənəcək, əksəriyyət isə sadəcə, işdən çıxarılacaq.

"General Motors"un yaydığı bəyanatda bildirilir ki, korporasiya müqavilə əsasında çalışan əməkdaşlarının 15 faizini ixtisar edəcək: "Bu, qərarların qəbul olunması prosesinin rasionallaşdırılması üçün rəhbərlərin sayını 25 faiz azaldacaq".

Eyni zamanda, "General Motors" bəyan edib ki, ixtisarlar maliyyə dövriyyəsini 2021-ci ilədək 6 milyard dollara çatdırmağa imkan verəcək.


Xəbərə aid fotolar