Vəkil Sahib İbrahimovun həbsini tələb etdi


Digərləri 28 Noy 2018 12:53:44 274 0

Vəkil Sahib İbrahimovun həbsini tələb etdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Sahib İbrahimovun məhkəməsi keçirilib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə hazırlıq iclası davam etdirilib. Ötən iclasda S.İbrahimovun vəkili iştirak etmədiyi üçün təxirə salınmışdı.

Bugünkü iclasda zərərçəkimiş Etibar Allahverdiyev mülki iddia qaldıraraq maddi ziyana görə ona 162 min 400 dollar, mənəvi ziyana görə isə 50 min manat ödənilməsini tələb edib. Məhkəmə mülki iddianı icraata götürüb və hökmdə bununla bağlı qərar veriləcək.

E.Allahverdiyevin vəkili Xəqani İmanov vəsatət verərək ev dustaqlığında olan S.İbrahimovun həbs olunmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Cinayət işi məhkəmə baxışına verilib.